Təhlükəli yüklər

- Təhlükəli yüklər

Beynəlxalq qanunvericiliyə uyğun olaraq, parametrləri müəyyən ölçüləri aşan yük irihəcmli yük hesab olunur. Beynəlxalq qanunvericilik 9 təhlükəli yük və bir neçə alt sinif müəyyənləşdirir. Yuxarıda göstərilən malların daşınması üçün tənzimləyici orqanlar tərəfindən müəyyən edilmiş müvafiq prosedurlara və qaydalara riayət etmək tələb olunur.
“Tezi Lojistik” MMC-nin logistika və təhlükəsizlik üzrə peşəkar mütəxəssislər qrupu sizə irihəcmli və təhlükəli yüklərin istənilən istiqamətdə və optimal nəqliyyat vasitəsi ilə daşınmasında kömək edəcəkdir.
Xidmətlər:
1. Daşınma üçün tələb olunan xüsusi nəqliyyat vasitəsinin seçilməsi və vaxtında təmin edilməsi;
2. Xüsusi icazələrin və digər sənədlərin hazırlanması;
3. Temperatur rejimi və saxlanc şərtlərinə nəzarət;
4. Müvafiq marşrutların təyin edilməsi;
5. Təhlükəsizlik üzrə menecer tərəfindən göstərilən yükün yüklənməsinə və boşaldılmasına nəzarət;
6. Ehtiyac olduqda, mühafizə xidmətinin təşkili.

Sualınız var?

Xidmətlərimiz haqqında daha çox məlumat üçün, o cümlədən konkret layihə ilə bağlı yardım və ya ümumi logistika suallarınız haqqında komandamız sizə kömək edəcək.